• Bakı 18° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

"İnsan itirdikcə qazanır..." - Oksana Rəsulova 

MƏDƏNİYYƏT-ŞOU

25 Aprel 2024 | 14:10

İnsan itirdikcə qazanır... - Oksana Rəsulova 

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı, rəqqasə Oksana Rəsulova sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Fotosunu izləyiciləri ilə bölüşən Rəsulova fikirlərini belə davam etdirib:

“Hər zaman dayağınız Allah olsun. Dostlar, o, hər şeyi bilir və görür, etibar edin ona... Ondan ümidinizi üzməyin! Allahın adını pis əməllərə görə istifadə edənlərdən, onun adı ilə yalandan and içənlərdən, onu dilində və əməllərində qiymətləndirməyən insanlardan uzaq olun...”

“Şükürlər olsun hər bir saf, təmiz günümüzə. Heç vaxt icazə verməyin nə gününüzü, nədə qəlbinizi ləkələsinlər... Onsuz da onlar öz çirkinliklərində batacaqlar və heç vaxt ordan çıxmayacaqlar. Çünki belə insanlar üçün nə iman dəyəri, nə ailə dəyəri, nə mənəvi, nə ruhani dəyər yoxdur... Yalandan Allahın adını çəkən insanlar heç vaxt nə xoşbəxtlik, nə sağlamlıq, nə də hörmət tapacaqlar..!", – deyə Oksana Rəsulova əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

04 May 2024