Ukrayna hakimiyyəti Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında dərc edilib.
Sənəddə qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər 95 fiziki şəxsə və 70 hüquqi şəxsə təsir göstərir ki, onların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşları və sakinləridir.
Ukrayna tərəfinin məlumatına görə, bunlar Rusiyanın dövlət müdafiə tədarükünə və müdafiə-sənaye kompleksinin fəaliyyətinə xidmət göstərən şəxslər və şirkətlərdir. Bundan əlavə, kimya, mədən, metallurgiya və yanacaq-enerji sektorlarındakı sənaye müəssisələrinə qarşı sanksiyalar tətbiq edilib.
Bakı 




