Moskva ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək görüşü çox diqqətlə izləyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, biz çox diqqətlə izləyəcəyik”, Peskov Kremlin Bayden və Zelenski arasında keçiriləcək görüşü izləyəcəkmi sualına cavabında deyib.
Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Zelenskinin ABŞ prezidenti Co Baydenlə, bütün senatorlarla görüşü və Nümayəndələr Palatasının spikeri Mayk Consonla təkbətək danışığı planlaşdırılıb.
***
12:50
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, o, Cozef Bayden və Konqresin hər iki palatasının nümayəndələri ilə danışıqlar aparacaq. Məlumata görə, V.Zelenski Ukraynaya yeni yardımın qarşısını alan Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Consonla da görüşmək niyyətindədir.
Qeyd edək ki, Volodimir Zelenski dekabrın 11-də ABŞ-yə səfər edib. O, Vaşinqtonda keçirdiyi görüşlərdə yerli siyasətçilərə xəbərdarlıq edərək bildirib ki, Ukraynaya dəstəyi kəsmək, Kiyevin maliyyələşdirilməsində gecikmələr Rusiya Prezidenti Vladimir Putinin “arzusunun gerçəkləşməsidir”.
Ötən həftə ABŞ Konqresi Cozef Baydenin 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulan 106 milyard dollarlıq maliyyə paketini qəbul etməyib.
















