• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

ABŞ-də ilk dəfə məhkum azotla edam ediləcək

DÜNYA

11 Yanvar 2024 | 10:56

ABŞ-də ilk dəfə məhkum azotla edam ediləcək

ABŞ tarixində ilk dəfə azotdan istifadə edilərək edam prosesi həyata keçiriləcək.

Bakıvaxtı.az “NBC News”a istinadən xəbər verir ki, bu barədə məlumatı Alabama ştatının məhkəməsi yayıb.

Məlumata görə, 1988-ci ildə bir qadını qətlə yetirməyə görə mühakimə edilən 58 yaşlı Kennet Yucin Smit yanvarın 25-i azot verilərək edam ediləcək. Bildirilir ki, sözügedən qadının qətlini onun həyat yoldaşı keşiş Çarlz Sennet sifariş edib. Onun məqsədi sığorta pulu əldə etmək və bununla borclarını ödəmək olub. Kennet Yucin Smit və vəkilləri məhkəməyə müraciət edərək edamın keçirilməməsinə çalışıb. Lakin məhkəmə vəsatəti təmin etməyib və azotla edam cəzası qeyd olunan tarixdə baş tutacaq. 

Qeyd olunur ki, azotla edam cəzasına Alabama, Oklahoma və Missisipidə icazə verilsə də, bu günə qədər istifadə edilməyib. Bu üsulun ağrısız olacağı bildirilir. ABŞ-də edam əsas olaraq barbiturat preparatından istifadə edilərək həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026