• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Təbrizdə konsulluq, İrəvan üçün sülh… - İran səfiri

DÜNYA

10 Fevral 2024 | 09:37 | Müəllif: Subhan Mahmudov

Təbrizdə konsulluq, İrəvan üçün sülh… - İran səfiri

İran həmişə regional problemlərin və böhranların həllinin bir hissəsi olub. Bu çətin günlərdə ölkəm regionda sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək. İran regionda sabit sülhü qoruyur. İstənilən sülh ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əhatə etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran İslam İnqilabının 45-ci ildönümü ilə bağlı İrəvanda keçirilən mərasimdə deyib.

O bildirib ki, İran regional təşəbbüsləri, o cümlədən Baş nazir Paşinyanın təqdim etdiyi və ölkələrin milli suverenliyi çərçivəsində kommunikasiyaların açılmasına yönələn "Sülh qovşağı" təşəbbüsünü alqışlayır və dəstəkləyir.

Sübhani həmçinin Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasının iki ölkə arasında münasibətlərə daha da təkan verəcəyini iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026