• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı

DÜNYA

10 Mart 2024 | 23:22 | Müəllif: Subhan Mahmudov

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenovun vəzifəsindən azad edildiyi deyilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” və “Fontanka” nəşrləri məlumat yayıb.

Bildirilir ki, Şimal Donanmasının komandiri admiral Aleksandr Moiseyev baş komandan səlahiyyətlərini icra edəcək.

Komandanın dəyişdirilməsi barədə artıq Ali Baş Komandanlığın şəxsi heyətinə məlumat verilib.

Qeyd edək ki, Moiseyev 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edib.

Rusiya hakimiyyət orqanları hələlik xəbərlərə münasibət bildirməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR