• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Finlandiya Amerika silahlarını ala bilər

DÜNYA

11 Yanvar 2024 | 10:30

Finlandiya Amerika silahlarını ala bilər

Finlandiya NATO-nun Rusiya ilə sərhədini möhkəmləndirmək üçün ABŞ-dən yeni silahlar ala bilər.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın “Real Clear Defence” portalında Leksinqton İnstitutunun baş analitiki Sara Uaytın məqaləsində qeyd olunub.

Bildirilir ki, Finlandiya ordusu yaxın gələcəkdə ABŞ-dən yüksək kəşfiyyat imkanlarına görə NATO üçün olduqca yüksək dəyərə malik 64 ədəd beşinci nəsil F-35A qırıcıları alacaq.

Təhlilçi hesab edir ki, təyyarələrdən sonra ABŞ Finlandiyaya ağır zirehli maşınlar göndərə bilər.

Onun fikrincə, ABŞ Finlandiyanın M1A1 Abrams tanklarını alması üçün uyğun namizəddir.

Qeyd edək ki, dekabrın 18-də ABŞ və Finlandiya arasında ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026