• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskvada güclü çovğun: Qarın hündürlüyü 30 sm-i ötüb

DÜNYA

11 Yanvar 2024 | 13:50 | Müəllif: Qalib İbrahimoğlu

Moskvada güclü çovğun: Qarın hündürlüyü 30 sm-i ötüb

Rusiya paytaxtında qar örtüyünün hündürlüyü iqlim normasını keçib.

Bakıvaxtı.az xəbər verir ki, dünən gecədən fasiləsiz yağan qarın hündürlüyü 30 sm-i ötüb.

Sinoptiklər bunun dekabrın ilk iki ongünlüyündə olduğu kimi iqlim normasını keçdiyini, normadan 20% çox olduğunu bildiriblər.

Hal-hazırda Moskvada güclü qar çovğunu müşahidə olunur. Leninqrad prospekti, Entuziastov şossesi və Moskva Dairəvi yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qarın sabaha qədər dayanmayacağı bildirilib. Moskvalılara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunub./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR