İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullah Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqlar aparıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hizbullah"ın mətbuat xidməti məlumat yayıb.
Danışıqlar Beyrutda baş tutub.
Tərəflər regiondakı son siyasi hadisələri və xüsusilə Qəzza zolağı və Livanın cənubundakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Günəş Mərd
















