Xarkovda “Anadolu” Agentliyinin komandasının qaldığı otelə hücum olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov deyib.
Onun sözlərinə görə, hücum S-300 raketləri ilə həyata keçirilib.
Hücumda 30-dan çox mülki şəxsin olduğu bir otelin vurulduğuna diqqət çəkən Sinegubov, hadisə zamanı 11 nəfərin yaralandığını bildirib.
Sinegubov qeyd edib ki, yaralananlar arasında oteldə qalan Türkiyə telekanalının müxbirləri də var.
10 Yanvar - “İşçi Jurnalistlər Günü”ndə vəzifələrini yerinə yetirən AA müxbiri Davit Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl dağılan və qəfil alovlar içində qalan oteldən özləri xilas olublar.
Reportyor Kaçkaçişvilinin əllərində kiçik kəsiklər olub.
Səhhətləri yaxşı olan AA personalı müayinə olunmaq üçün təcili yardımla xəstəxanaya göndərilib.
Komandanın hücumda istifadə etdiyi avtomobil də otelin yaxınlığındakı bir çox digər maşın kimi xarab olub və yararsız hala düşüb.
Ziyafət Əlisoy



















