• Bakı 17° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Zelenski Estoniyada səfərdədir - YENİLƏNİB

DÜNYA

11 Yanvar 2024 | 13:09

Zelenski Estoniyada səfərdədir - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Tallində estoniyalı həmkarı Alar Karis ilə görüşüb.

Bakıvaxtı.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Estoniya Prezidenti “X” sosial şəbəkəsində yazıb.

“Bizim möhkəm dostluğumuz ümumi dəyərlərə, səy göstərdiyimiz ideallara - demokratiya və azadlıqlara əsaslanır”, - o yazıb.

***

10:45

Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın paytaxtı Tallinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Prezidenti Alar Karisin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna dövlət başçısı Estoniya Prezidenti Alar Karis, parlamentin spikeri Lauri Hussar və Baş nazir Kaey Kallas ilə görüşəcək: “V.Zelenski parlamentdə də çıxış edəcək. Görüşlərdə Rusiya ilə müharibə, Ukraynaya uzunmüddətli, daimi və effektiv dəstək müzakirə olunacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026