"Ukrayna Rusiya ərazisinə dərindən zərbə endirmək üçün Qərbdən icazə almalıdır".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Qərb Rusiya ərazisinə hücumlar üçün Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməlidir.
Ukraynanın müdafiə naziri Rustem Umerov isə ABŞ-yə Rusiya ərazisində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə vurmaq istədiyi hədəflərin siyahısını verib. Umerov qeyd edib ki, Ukrayna ATACMS-dən istifadə ilə bağlı məhdudiyyətlərin ləğvində israrlıdır.
Gülşən Şərif
















