Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən zəncirvari qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar 1960-cı il təvəllüdlü İbrahimov Vahid Məmməd oğlu və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü İbrahimova Aynur Davud qızıdır.
Hazırda onların müalicəsi Göyçay Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti orta ağırdır. /Report
16:21
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda zəncirvari qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 189-cu kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil “Chevrolet”lə toqquşub, daha sonra yoldan keçən digər “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər üç maşında olan sürücü və sərnişinlər arasında xəsarət alanlar olub.
Faktla bağlı araşdırma aparılır.




















