• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Qəbələdə dağlıq ərazidə itkin düşən adamdan YENİ XƏBƏR - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2022 | 16:42

Qəbələdə dağlıq ərazidə itkin düşən adamdan YENİ XƏBƏR - YENİLƏNİB

Qəbələdə 4 gün öncə itkin düşən Səyavuş İbrahimxəlil oğlu Həmidovun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarından FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı itkin düşən şəxsin yaxınları və qohumları da iştirak edir. Axtarışlar Qəbələnin şimal tərəfindəki dağ ətəyi ərazilərdə, dağlarda və Şonqar bulağı adlanan ərazidə aparılır.

İtkinin qardaşı Mehdi Həmidov açıqlamasında o, gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib: “Hazırda ailəsi və yaxınlarımız pərişan və həyəcanlı gələcək xoş xəbər gözləyirik. Ümid edirik ki, tez zamanda qardaşım tapılacaq”.

 

 

12:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bakıvaxtı.az  FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR