• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"KamAZ"la "Niva" toqquşdu - ÖLƏN VAR - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2022 | 16:57

"KamAZ"la "Niva" toqquşdu - ÖLƏN VAR - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

Araşdırmalar zamanı məlum olub ki, "KamAZ" markalı yük maşını ilə "Niva" markalı minik maşını toqquşub, nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

16:17

Daşkəsəndə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan "Niva" ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə 1 nəfər ölüb.
 


"KamAZ"la "Niva" toqquşdu - ÖLƏN VAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026