• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Beyləqanda DƏHŞƏT: Bir ailə güllələnərək öldürülüb - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2022 | 11:03 | Müəllif: Subhan Mahmudov

Beyləqanda DƏHŞƏT: Bir ailə güllələnərək öldürülüb - YENİLƏNİB

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində 1 maddə ilə ittiham verilib.

Bakıvaxtı.az xəbər verir ki, Fuad Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ittiham verilib.

Qeyd edək ki, ötən gün 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürüb.

***02:29

Beyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:

Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;

Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;

Quluzadə Amin Nadir oğlu – 26 yaş;

Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib (apa).

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

***

00:08

Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.

Bakıvaxtı.az-ın məlumatına görə, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə ikisini isə nəfər isə yol kənarında güllələyib.(apa)

***23:28

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026