Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, danışıqlar zamanı atəşkəs və bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə edilib.
Ərdoğan Türkiyənin müvafiq ölkələrlə birlikdə atəşkəsə aparan prosesdə intensiv səylər göstərdiyini bildirib. O, qarşıdakı günlərdə başlayacaq danışıqların davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə edilməli olduğunu qeyd edib.
Türkiyə lideri prosesi sabotaj etmək istəyənlərə fürsət verməməyin vacibliyini vurğulayıb və Türkiyənin yeni prosesə hər cür töhfə verməyə hazır olduğunu deyib.
Bakı 












