İran ABŞ ilə müvəqqəti atəşkəsi rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” İran rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilərdən biri deyib ki, Tehran Vaşinqtonla davamlı atəşkəs barədə danışıqlara başlamaq üçün ilkin şərtlər irəli sürüb. Bura hücumların dərhal dayandırılması, hücumların təkrarlanmayacağına dair zəmanətlərin verilməsi və kompensasiyanın ödənilməsi kimi məsələlər də daxildir.
“Daimi sülh müqaviləsi çərçivəsində Tehran Hörmüz boğazından keçən gəmilərdən haqq tələb edir. Bu haqlar gəminin növündən, yükündən və mövcud şəraitdən asılı olaraq dəyişəcək”, - mənbə əlavə edib.
Bakı 












