• Bakı C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
CƏMİYYƏT
09 Aprel 2026 | 22:23

Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?

Ermənistanın Tavuş vilayətində yerləşən Kirants kəndi ətrafında Azərbaycan-Ermənistan sərhədində aparılan delimitasiya və demarkasiya prosesinin nəticələri artıq açıq şəkildə görünməyə başlayıb.

Bakıvaxtı.az Musavat.coma-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Bağanis–Berkaber istiqamətində sərhədin bəzi hissələrində nişanlama işləri hələ 2024-cü ildə həyata keçirilsə də, dəqiq koordinatların olmaması səbəbindən bu dəyişiklikləri xəritədə tam göstərmək mümkün olmamışdı.

Uzunmüddətli müşahidələrdən sonra yenilənmiş məlumatlar əsasında Kirants kəndi ətrafında baş verən dəyişikliklər Google Earth platformasında vizuallaşdırılıb. Xəritədə sarı xətt mövcud sərhədi, qırmızı xətt isə 1976-cı il SSRİ Baş Qərargah xəritəsinə əsasən yerində çəkilmiş yeni sərhədi əks etdirir.

Bundan əlavə, qəhvəyi rənglə işarələnmiş ərazilərin Azərbaycanın nəzarətinə keçdiyi bildirilir.


SON XƏBƏRLƏR