• Bakı C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Azərbaycan-Serbiya enerji əməkdaşlığı müzakirə edildi - FOTO - YENİLƏNİB

İQTİSADİYYAT

08 Aprel 2026 | 16:01

Azərbaycan-Serbiya enerji əməkdaşlığı müzakirə edildi - FOTO - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Serbiya Respublikasının mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviçlə görüşüblər.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İqtisadi münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edilib. Bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Ölkəmizdə formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib.

Tərəflər enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb.

***

15:18

Azərbaycan və Serbiya arasında iqtisadi və enerji əməkdaşlığı müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata əsasən, müzakirələr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviçlə görüşdə aparılıb.

"Görüşdə ölkələrimizin strateji tərəfdaşlığını və iqtisadi münasibətlərin inkişaf dinamikasını qeyd etdik. Enerji, "yaşıl texnologiya"lar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq", - nazir qeyd edib.


SON XƏBƏRLƏR