İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində aprelin 8-də İstanbul və Kocaelidə əməliyyat keçirilib, nəticədə 6 şübhəli saxlanılıb.
Ötən gün də silahlı insidenti törədənlərdən 5 nəfər saxlanılmışdı.
Hazırda 9 şübhəlinin İstanbul Şəhər Polis İdarəsində istintaqı aparılır, 2 nəfərin də xəstəxanada müalicəsi davam etdirilir.
Bakı 




