• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Yunanıstanda 15 yaşdan kiçik uşaqlara internet qadağan olunacaq

DÜNYA

08 Aprel 2026 | 14:20

Yunanıstanda 15 yaşdan kiçik uşaqlara internet qadağan olunacaq

Yunanıstan 2027-ci ildən etibarən 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edəcək. 

Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

Onun sözlərinə görə, müvafiq qətnamə 2026-cı ilin yayında qəbul ediləcək və 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək.

"Yunanıstan belə bir təşəbbüs göstərən ilk Avropa ölkələrindən biridir, amma əminəm ki, bu, sonuncu olmayacaq", - deyə Mitsotakis bildirib.

Baş nazirin fikrincə, sosial media uşaqlarda narahatlıq, yuxu problemləri və asılılıq yaradır. Ekran qarşısında uzun saatlar keçirən uşaqlar beyinlərini istirahətdən məhrum edirlər, internetdə daimi müqayisələr və şərhlərdən artan təzyiqlə üzləşirlər.

Gülşən Şərif


SON XƏBƏRLƏR