• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Şirvanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

CƏMİYYƏT

08 Aprel 2026 | 10:56

Şirvanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.

    ***

    09:40

    Şirvanda kütləvi zəhərlənmə olub.

    Bakıvaxtı.az xəbər verir ki, şəhər ərazisində yerləşən restonların birində qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR