• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayıb

    DÜNYA

    08 Aprel 2026 | 15:11

    Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayıb

    Kreml İran ilə ABŞ arasında atəşkəs xəbərini alqışlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Moskvanın əvvəldən gərginliyin siyasi və diplomatik kanala yönəldilməsini müdafiə etdiyini bildirib və tərəflərin gələcək silahlı qarşıdurmadan imtina etməsini alqışlayıb.

    O, mülki və iqtisadi hədəflərə hücumların qarşısının alınmasının vacibliyini vurğulayıb və tərəflər arasında birbaşa əlaqələrin dərhal qurulmasına ümid etdiyini bildirib.

    Kreml sözçüsünün sözlərinə görə, İran və Amerika nümayəndə heyətləri arasında qarşıdakı danışıqlar dinc müzakirələrin davam etdirilməsinə töhfə verə və tərəflərə danışıqlar masasında öz maraqlarını müdafiə etməyə imkan yarada bilər.


    SON XƏBƏRLƏR