• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Azərbaycan vətəndaşı Tbilisidə qətl törətməyə cəhd etdi - Saxlanıldı

HADİSƏ

08 Aprel 2026 | 11:25

Azərbaycan vətəndaşı Tbilisidə qətl törətməyə cəhd etdi - Saxlanıldı

Tbilisidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1991-ci il təvəllüdlü N.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü İ.M. adlı xarici ölkə vətəndaşına soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs hazırda tibb müəssisəsində müalicə olunur.

    Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı cinayətin törədilməsindən qısa müddət sonra tutulub.

    Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını günahı sübuta yetiriləcəyi təqdirdə, 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.


    SON XƏBƏRLƏR