• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

16 noyabr: Azərbaycan internet tarixinin ən  qara günü

CƏMİYYƏT

16 Noyabr 2021 | 12:17

16 noyabr: Azərbaycan internet tarixinin ən qara günü

“Bu hadisə informasiya təhlükəsizliyi və Azərbaycan İnternetinin dayanıqlığı üçün ciddi dərs oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bunları, Azərbaycan İnternet Forumunub prezidenti Osman Gündüz deyib:

“16 noyabr 2015-ci il Azərbaycan İnternetinin tarixində  ən "qara gün" olub.

Həmin tarixdə ölkənin əsas magistral operatoru olan Delta Telekom-da baş verən partlayış və yanğın nəticəsində Azərbaycan İnterneti  tamamilə çökmüşdü.

Azərbaycan  təxminən 6 saat müddətində qlobal dünyadan ayrılmışdı.

Alternativlərin olmaması ucbatından Delta Telekom  sistemi bərpa etməkdə xeyli çətinliklərlə üzləşmişdi.

Çünki o zaman ölkə internetinin 80%-i Delta Telekom tərəfindən təmin edilirdi və internet ölkəyə bir nöqtədən daxil olurdu. 

6 il öncə Delta Telekom-da baş verənlərin səbəbləri nəydi ?

Təəssüf ki , indiyədək də bu açıqlanmayıb. 

Partlayışın terror, texniki nasazlıq, sabotaj yoxsa hansısa digər təxribat olması haqqında heç bir rəsmi açıqlama olmayıb.

Bu işdə xeyli müəmmalı məqamlar vardı.

Delta Telekom-da qanunvericilkdə nəzərdə tutulduğu qaydada yaradılan ərazi, yəni partlayış baş verən  Data Mərkəz MTN-ə məxsus olub. 

MTN-nin tələbinə görə Azərbaycan İnternetinin bütün trafiki  həmin nöqtədən keçməliydi.

Sistem Birinci Avropa Oyunları zamanı informasiya təhlükəsizliyini təmin etməliydi. Şübhəsiz ki, izləmə məqsədilə bu sistem qurulmuşdu. 

Sistemin qurulmasına, İsraildən gətirilən proqram təminatlarına  milyonlarla vəsait ayrıldığı bildirilirdi.

Həmin Data Mərkəzə  yalnız MTN işçiləri daxil ola bilərdi. 

Partlayış və yanğının səbəbləri haqqında indiyədək heç bir məlumat veirlməyib.

Baş Prokurorluq, MTN və XDMX -nin xüsusi komissiyası yaradılsa da  nəticələr açıqlanmadı.

Maraqlı məqam ondan ibarətdir ki, həmin hadisə Prezidentin ölkədə olmadığı bir zamanda baş vermişdi. 

Daha bir maraqlı məqam isə MTN-nin həmin Data Mərkəzinin qurulmasında iştirak edən, sistemə yeganə giriş imkanı olan  əməkdaşının müəmmalı şəkildə yoxa çıxması olub.

Bu hadisə informasiya təhlükəsizliyi və Azərbaycan İnternetinin dayanıqlığı üçün ciddi dərs oldu. 

Hökumət  təhlükəsizliklə, əməliyyat-axtarışla bağlı  səlahiyyətləri yenidən nəzərdən keçirdi, telekommunikasiya sektorunda dinləmə və izləmə ilə bağlı qanunvericilik qismən təkmilləşdirildi, ölkənin internet infrastrukturunda alternativliyə diqqət yetirildi və s.

Hazırda Azərbaycan İnterneti əsasən iki magistral operator- Delta Telekom və AzerTelecom üzərində "oturub" .”

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026