• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Bu gün hava dumanlı olacaq

CƏMİYYƏT

16 Dekabr 2021 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün hava dumanlı olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Rayonlarıda da əsasən yağmursuz, lakin axşama doğru bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026