• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İsmayıllıda narkotik satan şəxs saxlanılıb

CƏMİYYƏT

14 Yanvar 2022 | 23:46 | Müəllif: Subhan Mahmudov

İsmayıllıda narkotik satan şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin  Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı evində narkotik vasitə gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Fətullayevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026