Bakıda əsən güclü külək bir sıra fəsadlara səbəb olub.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, köhnə restoranın qəzalı vəziyyətdə olan divarları güclü külək nəticəsində aşaraq 3 maşını yararsız hala salıb. Hadisə Binəqədi rayonunda baş verib.
Rayon ərazisindəki doqquzmərtəbəli binanın həyətində park edilmiş 3 avtomobilə ciddi ziyan dəyib.
Paytaxtda küləyin fəsad törətdiyi daha bir hadisə Nəsimi rayonunda qeydə alınıb. Biri ciddi şəkildə olmaqla 2 avtomobil binadan qopan daşların zərbəsindən zərər görüb.
Bakıvaxtı.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
















