• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Tərbiyəçidən şikayətçi olmayan valideynə..." - Xalq artisti

CƏMİYYƏT

14 Yanvar 2022 | 22:32 | Müəllif: Qalib İbrahimoğlu

"Tərbiyəçidən şikayətçi olmayan valideynə..." - Xalq artisti

Xalq artisti Brilliant Dadaşova da bağçada azyaşlıya şiddət tətbiq görən tərbiyəçi ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, müğənni tərbiyəçidən şikayətçi olmayan valideynləri qınayıb.

"Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır. Zülfiyyə Baxışova adlı "canavar" tərbiyəsiz "tərbiyəçi" mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır ki, başqalarına dərs olsun", - deyə Dadaşova əlavə edib.

Qeyd edək ki, hazırda bağçanın müdiri Tükəzban Məmmədovadır. Videosu yayılan uşağa şiddət göstərən tərbiyəçi isə 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovadır. Həmin şəxs ailəlidir, 2 övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026