"Magistral yollarda tıxaclar çoxdur. Ona görə də orada baş verən hadisələrlə bağlı motosikletlər almışıq".
Bakıvaxtı.az-ın xəbərinə görə, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: "Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlara işlər aparılır".
Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir".
















