Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyü ilə bağlı hələ qeydiyyatdan keçən olmayıb.
Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bildirib.
Onun sözlərinə görə, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Lakin hələ Şaxta baba və Qar qız obrazı üçün Xidmət və Ticarət Departamentində qeydiyyatdan keçən olmayıb. Belə baxanda, o insanlar da üç-beş manat qazanmaq üçün bunu edirlər. İndi isə bu, olduqca çətindi. Hamının əlində telefonu var və istədiyi şəkli çəkə bilir”.
Qeyd edək ki, Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər.
Nuranə Daxilqızı
















