• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa..." - Deputat

SİYASƏT

30 Sentyabr 2022 | 13:21

"Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa..." - Deputat

“Bələdiyyələrin 2006-2007-ci illər arasında verdiyi torpaq və mülk sənədlərinin taleyinin həll edilməsi barədə məsələnin də müzakirəsini və problemin kökündən həll edilməsinin də payız sessiyasında müzakirə edilməsini istərdim. Bələdiyyələr bu illər ərzində iş adamlarına və vətəndaşlara torpaq alqı-satqısı və icarəsi haqqında sənəd və ödəniş qəbzi verib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Millət vəkili qeyd edib ki,  indi o qəbzlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir ki, o vəsaiti gərək bələdiyyələr öz büdcəsinə yox, Əmlak xidmətinin xəzinədarlığına ödəyərdi:

“Nə iş adamı, nə də vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilmir. Bələdiyyə sənədləri tanınmır, deyirlər ki, mənasız kağız parçasıdır. Çoxları məhkəmələrə də baş vurur, hüquq firmalarına müraciət edir və məsələ yenə də həll edilə bilmir. Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa, o sənəd və qəbzlərlə bağlı ləğv qərarı verilsin, vətəndaş və iş adamlarına da kompensasiya ödənilsin. Ya da ki, bələdiyyənin verdiyi sənədləri tanımırıqsa, belə çıxır ki, onda bələdiyyələri də ləğv etmək lazımdır”.

Deputat deyib ki, bu, çox ciddi və minlərlə insanı gücə-gündüz narahat edən məsələdir.

"Təklif edirəm ki, bu məsələnin araşdırılması ilə bağlı göstəriş verilsin və addımlar atılsın. Müvafiq qanunlara dəyişikliklər edək və məsələ kökündən həll edilsin”, - deyə Razi Nurullayev bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026