• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sülhməramlı öz missiyasının öhdəsindən gələ bilmir - AÇIQLAMA

SİYASƏT

28 Noyabr 2022 | 14:35

Sülhməramlı öz missiyasının öhdəsindən gələ bilmir - AÇIQLAMA

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə etmirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rus sülhməramlılarına rəsmi şəkildə çağırış edib.

Məsələyə münasibət bildirən millət vəkili Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, bu proseslər Ermənistandakı daxili siyasətdən qaynaqlanır.

Deputatın sözlərinə görə, daxili siyasətdə son vaxtlar Robert Koçaryan və onun komandasının aktivləşməsi və Ruben Vardanyanın hakimiyyətə gətirilməsi gözdən yayınmır: “Bundan əlavə, Rusiya Paşinyanın əvəzinə hakimiyyətə Vardanyanın gətirilməsinə çalışır. Çünki Rusiyanın məqsədi gərginliyi artırmaqdır. Azərbaycan birmənalı şəkildə sülhün bərqərar olması istiqamətində addımlar atıb və 5 təklifi irəli sürüb. Bu 5 təklifi pozmaq üçün ermənilər ciddi cəhdlər edirlər”.

A.Nağıyev qeyd edib ki, sülhməramlı qüvvələr də öz missiyasını sona qədər həyata keçirmir:

“Burda da bir neçə məqam var. Onlar Azərbaycan toponimlərinin adlarını öz məruzələrində erməni adları kimi göstərir, eyni zamanda, Ermənistan ərazisindən hərbi texnikanın daşınması müşayət etmək kimi məlumatlar var. Lakin sülhməramlıların missiyası münaqişə edən tərəfləri sakitləşdirməkdir. Bu və ya digər şəkildə kiməsə kömək etmək onların missiyasına uyğun deyil. Onlar gözəl başa düşürlər ki, sülh müqaviləsi imzalansa, ərazidən çıxarılacaqlar və müqavilələri tamam olan kimi buranı tərk etməlidirlər”.

Deputatın fikrincə, təbii ki, bunlar sülh müqaviləsinin imzalanmasını ləngitmək istəyirlər ki, sülhməramlılarının mandat müddətini uzatmaq istiqamətində cəhd göstərsinlər:

“Məhz buna görə də, 10 noyabr sazişinin, Brüssel, Praqa və Soçi görüşlərinin əleyhinə işləyən addımlar atılır. Ermənistan da Rusiya sülhməramlılarının ərazidə qalması üçün addımlar atır. Ona görə də qondarma status məsələsini qabardırlar. Bunlar anlamalıdırlar ki, Azərbaycan tərəfi heç bir beynəlxalq hüququ pozmadan anti-terror əməliyyatları keçirə bilər, daxildə olan silahlı qüvvələri əhalimiz üçün təhdid yarada biləcək o kontingentin qovulması istiqamətində addımlar ata bilər. Bu, həm də regional qarşıdurmalar yarada bilər. Ermənilər və onun havadarları başa düşməlidirlər ki, artıq “Qarabağ məsələsi” bitib”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026