• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqladı

SİYASƏT

27 Dekabr 2022 | 17:41

Azərbaycan 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqladı

“Azərbaycan üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq:

"Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan çoxtərəfli platformalar çərçivəsində də fəal olmaqda davam edəcək.

Bizim üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir. Ümid edirik ki, qarşı tərəf də sülhə yönələcək. Nəqliyyat kommunikasiyalarının inkişaf etməsini və sülh müqaviləsinin imzalanmasını görmək istərdik”, - C.Bayramov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026