• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistanın əsassız iddiaları tamamilə yalan və cəfəngdir - Prezident

SİYASƏT

26 Yanvar 2023 | 13:42 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın əsassız iddiaları tamamilə yalan və cəfəngdir - Prezident

Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən söyləyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026