• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Fəzail Ağamalı həmkarı ilə razılaşmadı

SİYASƏT

24 Fevral 2023 | 12:56 | Müəllif: Qalib İbrahimoğlu

Fəzail Ağamalı həmkarı ilə razılaşmadı

“Azərbaycan xalqının hüquq və azadlıqlarının təmin olunmasında Avropada fəaliyyət göstərən qurumlar ədalətli mövqe tutmurlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

“Dəfələrlə Azərbaycana qarşı Avropa məhkəmələrində qərəzli qərarların verilməsinə şahidlik etmişik" deyən F.Ağamalı qeyd edib ki, burada erməni lobbisinin təsirləri mühüm rol oynayıb. Deputat bildirib ki, biz buna qarşı mübarizədə fəaliyyətimiz gücləndirməliyik.

"Azərbaycanda Ermənistanın törətdiyi cinayətlərin aradan qaldırılması üçün xalqın və dövlətin iradəsi ortadadır”, - deyə deputat əlavə edib.

Fəzail Ağamalı eko-fəallarının Laçın yolundakı aksiyanın nəticələri ilə bağlı da fikirlərini bölüşüb: “Həmkarım Vahid Əhmədov eko-aktivistlərin aksiyasının ciddi nəticə qazandırmadığını qeyd etdi. Lakin mən bununla razılaşmıram. 75 gündə biz kifayət qədər ciddi uğurlara imza atmışıq. Daha əvvəl həmin yollarla qanunsuz daşımalar olurdu, Vardanyan kimi quldur, eyni zamanda İrandan gələn terrorçular və Ermənistandan separatçılar Qarabağa gəlirdi. Ekofəalların aksiyası bunların qarşısını aldı. Eyni zamanda yumşaq güc sayəsində Vardanyan artıq istefaya göndərildi”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026