• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Laçın-Xankəndi yolundan keçən avtomobillərdə silah daşınır? - Şübhələr var

SİYASƏT

10 Yanvar 2023 | 14:43

Laçın-Xankəndi yolundan keçən avtomobillərdə silah daşınır? - Şübhələr var

Laçın-Xankəndi yolunda keçirilən aksiyaların 30-cu günü tamam oldu. Bir aydır ki, ekoaktivistlər və QHT nümayəndələri tələblərini davam etdirirlər. Lakin bu tələblərin hələ də yerinə yetirilmədiyini müşahidə edirik.

İlk gündən bəyan edilib ki, aksiyanın keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır. Elə buna görədir ki, Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa maneəsiz hərəkət edirlər.

Bəs nəqliyyat vasitələrində erməni separatçılarına silah daşına bilərmi?

Politoloq Mübariz Göyüşlü Bakıvaxtı.az-a bildirib ki, Ermənistan bu aksiyanın Xankəndi və ətraf rayonlarda yaşayan erməniləri blokadaya almaq niyyətinin olduğunu dünyaya car çəkir:

“Lakin bu aksiya məhz ekoloji terrora və eyni zamanda Laçın-Xankəndi yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin separatçı ermənilərə silah-sursat, mina daşınması ilə bağlı məsələlərə son qoyulmasını tələb edir. Laçın-Xankəndi yolu 44 günlük Vətən müharibəsindən sonra bizim gözləntilərimizin əksinə humanitar addımlar üçün yox, separatçılara silah-sursat daşınması üçün istifadə olunmağa başladı. Bu isə Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanan üçtərəfli Bəyannamənin bəndlərinə ziddir. Bizim dəfələrlə israrlı tələblərimizə baxmayaraq, buna son qoyulmadı”.

M.Göyüşlü qeyd edib ki, bu gün bu ərazidə aksiya keçirməkdə tam haqlıyıq:

“Buna baxmayaraq, ermənilərin iddialarının əksinə olaraq, azərbaycanlılar bu yolu humanitar məqsədlər üçün istifadəyə açıq saxlayıb. Hətta Rusiya sülhməramlılarının təminat, minik maşınları da bu yoldan istifadə edə bilirlər. Amma artıq istifadə məsələsində əlavə şübhələrimiz var ki, minik maşınları ilə də separatçılara silah, mina daşınır. Ona görə də mən hesab edirəm ki, o yoldan keçən maşınların yoxlanılması məsələsinin Azərbaycan tərəfindən reallaşdırılması lazımdır".

Onun sözlərinə görə, Rusiya sülhməramlıları həmin ərazilərdən keçən nəqliyyat vasitələrini yoxlamağı, bu yoldan humanhitar məqsədlər üçün istifadə olunmasına nəzarət edə bilmir: "Rusiya sülhməramlıları etimadı itirməkdədilər. Onların öz avtomobilləri ilə də erməni separatçılarına silah-sursat, mina daşınması mümkündür. Bütün bu narahatlıqlar dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026