Rusiya hava hücumundan müdafiə sistemləri 4 saat ərzində Rusiyanın regionları üzərində Ukraynaya məxsus 17 PUA-nı məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
“Bu il oktyabrın 4-də Moskva vaxtı ilə saat 13:00-dan Moskva vaxtı ilə saat 17:00-a qədər hava hücumundan müdafiə sistemləri Ukraynanın 17 pilotsuz uçuş aparatını məhv edib: Belqorod vilayəti üzərində 12, Kursk vilayəti üzərində iki, Bryansk vilayəti üzərində bir, Bryansk vilayəti üzərində bir, Oryol bölgəsi üzərində bir PUA", - məlumatda qeyd olunub.