Avropa Birliyinin 27 ölkəsinin xarici işlər nazirləri hərbi cinayətlərə dair sübutların toplanması və bu işə maliyyə yardımı edilməsi üçün Ukraynaya missiya göndərmək qərarına gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AB diplomatiyasının rəhbəri Jozep Borrell məlumat verib.
“AB bu fəaliyyət üçün maliyyə yardımı göstərəcək”, - Borrell qeyd edib.
















