Türkiyə ABŞ-dan F-16 döyüş təyyarələri üçün 400 milyon dollarlıq raket və radar tədarükü istəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Voll Strit” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, bununla bağlı ABŞ-a göndərilən sorğu Konqresə təqdim olunacaq. Bu müraciətə AIM-120 AMRAAM zenit raketi, AIM-9 “Sidewinder” hava hücumundan müdafiə raketi, radar və digər avadanlıqların tədarükü daxildir.















