Avropa Birliyi ilə İsrail arasında qəbul böhranı yaranıb.
Bakıvaxtı.az xəbər verir ki,bnöhranın mərkəzində İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir dayanır. İsrailin Ben-Qviri Aİ-nin ənənəvi 9 May Avropa Günü qəbuluna göndərmək qərarına gəlməsindən sonra Brüssel tədbiri ləğv edib.
Aİ-yə üzv ölkələrin səfirlərinin görüşündən sonra verilən açıqlamada “Biz AB-nin təmsil etdiyi dəyərlərə uyğun gəlməyən birinə platforma təklif etmək istəmirik” ifadəsi işlədilib.
Aİ bu gün keçiriləcək qeyd etmələrin diplomatik tərəfini ləğv etsə də, mədəniyyət tərəfini ictimaiyyətə tətbiq etmək qərarına gəlib.
Qərara sərt reaksiya verən Ben-Gvir AB-ni ikili standartlar tətbiq etməkdə günahlandıraraq, "Demokratiya və multikulturalizm dəyərlərini təmsil etdiyini iddia edən AB-nin diplomatik olmayan şəkildə susdurulması utancvericidir" dedi.
Ay Tac















