• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İŞİD lideri öldürüldü

DÜNYA

08 Iyun 2023 | 11:12

İŞİD lideri öldürüldü

İŞİD terror təşkilatının Xorasan qolunun lideri Sanaullah Qafari kimi tanınan Şahab əl-Mühasir “Taliban”ın Əfqanıstanın cənubundakı Kunar əyalətində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “mashreghnews.ir” saytı yayıb.

Bildirilib ki, ötən ay isə onun “Mühəndis Ömər” adı ilə tanınan müavini öldürülüb.

Məlumata görə, S.Qafari “Taliban”ın devirdiyi Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayın xüsusi mühafizə xidmətinin üzvlərindən olub.

Qeyd edək ki, S.Qafari 1990-cı ildə Əfqanıstanda anadan olub. O, Əfqanıstanın paytaxtı Kabul şəhər Politexnik Unversitetinin məzunudur.


SON XƏBƏRLƏR

26 Iyul 2024