• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Konqres Ağ Evdə kokain tapılmasına münasibət bildirib

DÜNYA

08 Iyul 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

Konqres Ağ Evdə kokain tapılmasına münasibət bildirib

ABŞ Konqresinin Nəzarət Komitəsi Ağ Evdə kokainin tapılmasını "qəbuledilməz və biabırçı" hesab edir.

Bakıvaxtı.az bildirir ki, bu barədə Nümayəndələr Palatasının üzvü Ceyms Komer bildirib.

"Komitə məxfi xidmətdən əlavə məlumat əldə etmək imkanına malik olmasını tələb edir", - məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl ekspertiza Ağ Evdə tapılan tozda kokain aşkar edib. Toz ABŞ prezidentinin iqamətgahının ziyarətçiləri və əməkdaşlarının ofis otaqlarına girməzdən əvvəl şəxsi əşyalarını qoyub keçdiyi qərb qanadının ümumi sahəsində aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026