Tehranda beş binada baş verən uçqunda ölən var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində üç nəfər ölüb, 11-i yaralanıb.
Hadisə qanunsuz tikililərin sökülməsi zamanı baş verib.
Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.
Xilasetmə əməliyyatı davam edir.
Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.
19:58
İranın paytaxtı Tehranda 5 bina uçub, xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub.
Nəticədə ən azı dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.
İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib.
















