• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Böyük Çin səddini dağıdan şəxslər saxlanıldı

DÜNYA

05 Sentyabr 2023 | 17:32

Böyük Çin səddini dağıdan şəxslər saxlanıldı

Böyük Çin səddini dağıdan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin ingilisdilli dövlət nəşri “China Daily” məlumat yayıb. Çin rəsmilərinin bildirdiyinə görə, Böyük Çin Səddinin bir hissəsindən keçidi genişləndirmək üçün ekskavatordan istifadə edən kişi və qadın saxlanılıb.

Genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılması ilə nəticələnib. Məlumata görə, polis ekskavatoru Daxili Monqolustan Muxtar Bölgəsinin Horinqqar mahalına aparan izlərlə aşkarlayıb və orada iki şübhəlini saxlayıb.

Onlar mədəni irsin dağıdılmasında ittiham olunublar.

Qeyd edək ki, Böyük Çin Səddi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və dünyanın ən böyük memarlıq abidəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026