• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"İlham Əliyev açıq şəkildə mənə bildirdi ki..." - Şarl Mişel

DÜNYA

05 Oktyabr 2023 | 15:38

"İlham Əliyev açıq şəkildə mənə bildirdi ki..." - Şarl Mişel

"2 gün əvvəl (Antiterror əməliyyatından - red.) Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığım oldu, o, mənə açıq şəkildə bildirdi ki, Ermənistana qarşı heç bir ərazi ambisiyaları və tələbləri yoxdur". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib. 

Siyasətçi bunu açıq şəkildə qeyd etmək lazım olduğunu deyib: "Hesab edirəm ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Biz Ermənistana hərbi əməliyyatın nəticələrini aradan qaldırmağa kömək edəcəyik. Onu da nəzərə almalıyıq ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istəyir. Biz iki il əvvəl Ermənistana 2 milyard avroluq investisiya paketi ilə bağlı söz vermişdik, bu vədi yerinə yetirməliyik və gecikdirə bilmərik. Ermənistanın bizim dəstəyimizə ehtiyacı var". 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR