"Mənim hazırda İsrail tərəfi ilə hər hansı bir təmasım yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, MİT rəhbəri İbrahim Kalın İsrail tərəfi ilə, eyni zamanda, Fələstin və HAMAS-la danışıqlar aparır.
“Bunu deyə bilərəm ki, Netanyahu heç bir şəkildə bizim həmsöhbətimiz deyil, onu silib atmışıq”, - deyə Ərdoğan vurğulayıb




jpg-1701681872.webp)











