• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Bu kimi zəlzələlər gözləyə bilərik” - Professordan XƏBƏRDARLIQ

DÜNYA

04 Dekabr 2023 | 14:20

“Bu kimi zəlzələlər gözləyə bilərik” - Professordan XƏBƏRDARLIQ

“Bu, Cənubi Mərmərədə gözlənilən zəlzələdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Türkiyədə baş verən 5.1 ballıq zəlzələdən danışan Altınbaş Universiteti Mühəndislik və Memarlıq Fakültəsi İnşaat Mühəndisliyi Bölümünün müəllim Prof. Dr. Zeki Hasgür deyib.

Onun sözlərinə görə, çünki bu bölgədə daha əvvəl heç bir qırılma olmayıb: “Şimali Mərmərə fay xətti 1999-cu ildə qırılıb. Ancaq bu müddətdə Cənubi Mərmərədə heç bir fasilə olmayıb”.

Z.Hasgür qeyd edib ki, onsuz da gərgin və yüksələn Cənubi Mərmərədə fevralın 6-da baş verən son zəlzələlərdən sonra bölgədə gərginlik artıb.

Professor bildirib ki, bu 5,1 bal gücündə zəlzələni gözlənilən zəlzələ kimi qələmə vermək olar: “Halbuki bunlar ipucu verən zəlzələlərdir. Bu kimi 5,1 bal gücündə zəlzələlər gözləyə bilərik”

Murad Məmmədli


SON XƏBƏRLƏR

26 Iyul 2024