• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

50 milyonluq dollarlıq tort – FOTO

DÜNYA

05 Oktyabr 2023 | 16:19

50 milyonluq dollarlıq tort – FOTO

Dünyanın ən bahalı dizayneri kimi tanınan Debbi Vinqem 50 milyon dollar dəyərində toy tortu hazırlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Dubayda toy sərgisində təqdim edilən həmin tortun uzunluğu 182 sm, çəkisi isə 120 kiloqram olub.

Qeyd edək ki, tortun bir dilimi 1 milyon dollar dəyərindədir.

Debbi Vinqem tort üçün 1000 yumurta, 20 kq şokolad istifadə edib. Bütünlüklə yeməli olan tort 50 kq krujevalı şirniyyatla örtülüb. Dünyanın ən bahalı tortunun hər tərəfi xüsusi əl işi güllər və bahalı mirvarilərlə örtülüb.

Tortu hazırlamaq üçün 5 min çiçəkdən istifadə edilib. Tortun hazırlanması 10 gün çəkib.

Bəzək üçün hər biri 200 milyon dollar dəyərində olan mirvari və üç karatlıq real almazdan istifadə edilib.

Ay Tac


50 milyonluq dollarlıq tort – FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR